Azərbaycan Premyer Liqası: Tura 2 oyunla yekun vurulacaq

Azərbaycan Premyer Liqası: Tura 2 oyunla yekun vurulacaq backend

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XXIV tura yekun vurulacaq.

QAZILER.AZ  AZƏRTAC-a istinaden xəbər verir ki, son oyun günündə 2 qarşılaşma keçiriləcək.

Günün ilk matçında "Araz-Naxçıvan" "Dalğa Arena"da "Zirə" ilə qarşılaşacaq. Paytaxt klubu 32 xalla 5-ci, muxtar respublika təmsilçisi isə 31 xalla 8-cidir.

Turun bağlanış oyununda isə lider "Qarabağ" "Sumqayıt"ı qəbul edəcək. Ağdam klubunun 51, ikinci pillədəki "gənclik şəhəri" təmsilçisinin 36 xalı var.

Azərbaycan Premyer Liqası

XXIV tur

25 fevral

16:30. “Araz-Naxçıvan” – “Zirə”

Hakimlər: Rauf Allahverdiyev, Pərvin Talıbov, Zöhrab Abbasov, Kamal Umudlu

Hakim-inspektor: İmanxan Sultani

AFFA nümayəndəsi: Elçin Məmmədov

“Dalğa Arena”.

19:00. “Qarabağ” – “Sumqayıt”

Hakimlər: Nicat İsmayıllı, Teymur Teymurov, Asiman Əzizli, Vüqar Həsənli

Hakim-inspektor: Ramil Diniyev, AFFA nümayəndəsi: Rüfət Əmirov

Tofiq Bəhramov adına Respublika Stadionu.

Qeyd edək ki, turun əvvəlki oyunlarında "Kəpəz" "Qəbələ"yə 2:1, "Səbail" "Sabah"a 2:0 hesabı ilə qalib gəlib, "Neftçi" isə "Turan Tovuz"la heç-heçə edib - 1:1.

Diaspora