Ronaldo oğlu ilə yarıçılpaq şəklini paylaşdı

Ronaldo oğlu ilə yarıçılpaq şəklini paylaşdı backend

Futbolçu Kriştiano Ronaldo və oğlu idman edərkən yarıçılpaq şəkildə şəkil çəkdiriblər.

Qaziler.az “Gazeta.ru”ya istinadla xəbər verir ki, idmançı 13 yaşlı kiçik Kriştiano ilə idman zalında çəkilmiş fotolarını şəxsi bloqunda paylaşıb.

"Bu gün sevimli tərəfdaşımla məşq edirəm", - Portuqaliya millisinin kapitanı fotoya şərh yazıb.

Futbolçunun pərəstişkarları onun sosial şəbəkələrdəki paylaşımını aktiv şəkildə şərh ediblər və fotoya “Oğlan tezliklə atasını ötəcək”, “O da atası kimi əfsanə olacaq”, “Atasının surəti”, “Bravo”, “Gələcək” təhlükəsizdir”, “Sənin nə gözəl davamçındır”, “Əla idmançı yetişir”, “İndiki və gələcək” kimi fikirlər yazıblar.

QAZİLER.AZ

Diaspora