Türkiyə milli futbol komandası ötən gecə İslandiya üzərində 1-0 qələbəsi ilə 2016-cı ildə keçiriləcək Avropa Çempionatına birbaşa getmək haqqı əldə edib.
Lent.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, illik 3.5 milyon avro maaş alan Türkiyə futbol direktoru Fatih Terim dünənki qələbəyə görə əlavə 500 min avro mükafat alacaq.Terim bundan başqa, Avropa Çempionatında dörddə-bir final, yarımfinal və çempionluq oyunlarına görə də ayrı-ayrılıqda mükafatlar alacaq.
Belə ki, Türkiyə Milli futbol komandası Fransadakı çempionatında birincilik qazanarsa, Terim 3 milyon avro mükafatın sahibi olacaq.
Bundan başqa komandada ilk oyundan bəri iştirak edən bütün oyunçular dünənki qələbəyə görə ümumilikdə 10 milyon (təxminən 6 milyon AZN) TL mükafatın sahibi olub.