Rusiya Prezidenti Vladimir Putin ilk “Gələcək Oyunlar”ın açılış mərasiminin qonaqlarını salamlama nitqində yerli idmançıların dünyanın ən güclüləri arasında qaldığını bildirib.
Qaziler.az bildirir ki, onun sözlərini TASS sitat gətirib.
“Ölkəmiz planetin aparıcı idman dövlətlərindən biri, böyük idmançıların, qələbələrin və rekordların vətəni olub və qalır”, - Putin bildirib.
“Gələcəyin Oyunları” figital turniri fevralın 21-dən martın 3-dək keçiriləcək. İdman proqramına Kazan və Soçi şəhərlərində on idman obyektində keçiriləcək 21 innovativ fənn üzrə yarışlar daxildir.
QAZİLER.AZ