Böyük Dəbilqə” turnirinin sonuncu günüdə Azərbaycanın daha 8 cüdoçusu mübarizəyə başlayır

Böyük Dəbilqə” turnirinin sonuncu günüdə Azərbaycanın daha 8 cüdoçusu mübarizəyə başlayır backend

Fevralın 18-də Azərbaycanın daha 8 cüdoçusu Bakıda keçirilən “Böyük Dəbilqə” turnirində mübarizəyə başlayacaq.

QAZİLER.AZ  AZƏRTAC-a istinadən xəbər verir ki, turnirin sonuncu günündə Nigar Süleymanova (+78 kq), Murad Fətiyev, Elcan Hacıyev, Vüqar Talıbov (hamısı 90 kq), Zelim Kotsoyev, Əjdər Bağırov (hər ikisi 100 kq), Camal Qamzatxanov və Kənan Nəsibov (hər ikisi +100 kq) tatamiyə çıxacaqlar.

“Böyük Dəbilqə”

Nigar Süleymanova (+78 kq) – İdalis Ortis (Kuba): 1/16 final

Murad Fətiyev (90 kq) – Sami Çuçi (Belçika): 1/16 final

Elcan Hacıyev (90 kq) – Bakar Eraşvili (Gürcüstan): 1/32 final

Vüqar Talıbov (90 kq) – Yeqor Varapayev (AIN): 1/16 final

Zelim Kotsoyev (100 kq) – Daniel Mukete (AIN): 1/16 final

Əjdər Bağırov (100 kq) – 1/16 finalda rəqibini gözləyir

Camal Qamzatxanov (+100 kq) – Şakarmamed Mirmamadov (Tacikistan): 1/16 final

Kənan Nəsibov (+100 kq) – Vuhyeok Son (Cənubi Koreya): 1/16 final

Daha əvvəl Hidayət Heydərov (73 kq) və Zelim Tçkayev (81 kq) qızıl, Ömər Rəcəbli (81 kq) gümüş, Balabəy Ağayev (60 kq) və Yaşar Nəcəfov (66 kq) bürünc medal qazanıblar.