Hidayət Heydərov: Arxayınlaşmaq olmaz, növbəti yarışlara fokuslanmaq lazımdır

Hidayət Heydərov: Arxayınlaşmaq olmaz, növbəti yarışlara fokuslanmaq lazımdır backend

Dördüncü dəfə "Böyük dəbilqə"nin qızıl mükafatçısı olduğum üçün çox sevincliyəm.

QAZILER.AZ  AZƏRTAC-a istinaden xəbər verir ki, bu sözləri Bakıda keçirilən "Böyük dəbilqə” turnirində qızıl medal qazanmış Hidayət Heydərov deyib.

73 kiloqram çəki dərəcəsində çıxış edən idmançı Olimpiada ilində çempion tituluna yiyələnməyin çox yaxşı hal olduğunu söyləyib: "Ancaq arxayınlaşmaq olmaz. Növbəti yarışlara fokuslanmaq lazımdır. Avropa və dünya çempionatında və Fransanın Paris şəhərində təşkil ediləcək Olimpiadada iştirak edəcəyəm. Məqsədim hər üç yarışdan qızıl medalla qayıtmaqdır".

Qeyd edək ki, Hidayət Heydərov finalda tacikistanlı Abubakr Şerova qalib gələrək, fəxri kürsünün birinci pilləsinə qalxıb.

Diaspora