“Braqa”nın prezidenti Antonio Salvador komandasının Avropa Liqasının pley-offunda “Qarabağ”a məğlubiyyətindən (2:4) kəskin narazı qalıb.
QAZILER.AZ Publika.az-a istinaden xəbər verir ki, bu barədə “O Jogo” məlumat yayıb.
Portuqaliya klubunun təmsilçisi oyundan sonra paltardəyişmə otağında komandanı tənqid edib. O, yüksək səslə futbolçuları danlayıb və onlardan cavab matçında qələbə qazanmalarını tələb edib.
Qeyd edək ki, “Qarabağ” - “Braqa” fevralın 22-də Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək.