Rusiyalı güləşçi Rumıniyaya buraxılmayıb

Rusiyalı güləşçi Rumıniyaya buraxılmayıb backend

İkiqat olimpiya çempionu, rusiyalı idmançı Əbdülrəşid Sadulayev Buxarest hava limanında Rumıniyaya buraxılmayıb.

Qaziler.az bildirir ki, bu barədə RİA Novosti-yə Rusiya Güləş Federasiyasının rəhbəri Mixail Mamiaşvili məlumat verib.

Funksionerin sözlərinə görə, sərhədçilər rusiyalının vizasının həqiqiliyinə şübhə ilə yanaşıblar. “Fakt budur ki, o, vizanı İspaniyada alıb və Barselonadan Buxarestə uçub. Eyni zamanda, İspaniyada o, hava limanını tərk edib, qayıdıb, sonra təyyarəyə minib və Rumıniyaya uçub”, - deyə Mamiaşvili bildirib.

Buxarestdə Sadulayev güləş üzrə Avropa çempionatında çıxış etməyi planlaşdırırdı. O, sərbəst güləş üzrə turnirdə 97 kiloqram çəki dərəcəsində iştirak edəcəkdi. “Artıq məsələnin həll olunacağı və onun Avropa çempionatında mübarizə aparacaq şansı qalmayıb. Əvəzedici də tapmaq mümkün olmayacaq - bütün püşkatmalar demək olar ki, başa çatıb”, - federasiya rəhbəri əlavə edib.

27 yaşlı Sadulayev ikiqat Olimpiya çempionudur. Onun həmçinin dünya çempionatlarında beş qələbəsi, Avropa çempionatlarında dörd qızıl medalı var.

QAZİLER.AZ

Diaspora