Dünən Futbol üzrə Dünya Çempionatının Asiya seçmə mərhələsinin növbəti oyunları keçirilib. Lent.az xəbər verir ki, tur iki müharibə ölkəsi – Suriya və Əfqanıstanın qarşılaşması ilə əlamətdar olub. Suriya paytaxtı Dəməşqdə keçirilən oyunda meydan sahibləri 5:2 hesabı ilə qalib gəlib.
Suriyanın qollarından üçünü Öməri, ikisini isə Əl Maxas soyadlı futbolçu vurub.