Baş katib: Yeniyetmə badmintonçularımızdan sürpriz nəticələr gözləyirik

Baş katib: Yeniyetmə badmintonçularımızdan sürpriz nəticələr gözləyirik  backend

"Azərbaycan bütün dünyada idman ölkəsi kimi tanınır. Turnirdə 50-yə yaxın ölkədən yüzlərlə idmançının mübarizə aparması yarışın əhəmiyyətindən xəbər verir".

QAZILER.AZ  AZƏRTAC-a istinaden bildirir ki, bu sözleri  Azərbaycan Badminton Federasiyasının baş katibi Ramil Hacıyev Bakıda keçirilən “Azerbaijan International 2024” yarışı haqqında danışarkən deyib.

O, 1/4 finala yüksələn yığma üzvləri Keişa Fatimə Zəhra və Edi Reski Dviçayoya ümidlərin böyük olduğunu bildirib: "Onlar "Paris-2024" Yay Olimpiya Oyunlarına əsas namizədlərimizdir. Ümid edirik ki, bu turnirdə reytinq xallarını yüksəldərək şanslarını daha da artıracaqlar".

Baş katib yeniyetmə badmintonçuların da şanslarını dəyərləndirib: "Bu, onların iştirak etdiyi ilk beynəlxalq turnirdir. Millinin baş məşqçisi Morteza Validarvi onlara özlərini beynəlxalq arenada sınamaları və xallar qazanmaları üçün şans verdi. Təbii ki, onlardan sürpriz nəticələr gözləyirik".

Diaspora