Messiyə görə oyun ləğv edildi

Messiyə görə oyun ləğv edildi backend

Hançjou İdman Komitəsi Argentina və Nigeriya arasında yoldaşlıq görüşünün ləğv edildiyini açıqlayıb.

QAZİLER.AZ Trend-ə istinadən xəbər verir ki, buna səbəb Lionel Messi ilə bağlı münaqişəli vəziyyətdir.

Forvard özünü yaxşı hiss etmədiyi üçün "İnter-Mayami"nin heyətində Honq-Konqda yerli milli komandaya qarşı yoldaşlıq görüşündə meydana çıxa bilməmişdi. Bu da azarkeşlərin kütləvi etirazına səbəb olmuşdu.

Hançjou İdman Komitəsi isə Nigeriya ilə oyunun ləğvi haqda bunları elan edib:

“Məlum səbəblərə görə səlahiyyətli orqanlar belə qənaətə gəliblər ki, Argentina yığmasının iştirakı ilə oyunun keçirilməsi üçün heç bir şərait yoxdur. Bu matçın ləğvi barədə qərar qəbul edilib”.

Qeyd edək ki, Argentina və Nigeriya görüşü martın 2-ci yarısında Çində baş tutmalı idi.

 

 

Diaspora