Fevralın 13-dən etibarən İspaniyanın Tarragona şəhərində təlim-məşq toplanışında olan 21 yaşadək qızlardan ibarət Azərbaycan yığması yoldaşlıq oyunu keçirib.
QAZİLƏR saytı AFFA-ya istinadən məlumat verir ki, Andorranın U-21 yığması ilə qarşılaşan komandamız 4:0 hesabı ilə qələbə qazanıb.Sevinc Cəfərzadənin dubl etdiyi oyunda hərəyə 1 dəfə Nigar Cəlilli və Aysun Əliyeva fərqləniblər.