Mehdi Hüseynzadə adına stadiondakı ilk oyunun biletləri satışa çıxarılır

Mehdi Hüseynzadə adına stadiondakı ilk oyunun biletləri satışa çıxarılır backend

Azərbaycan Premyer Liqasının XXI turunda Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçiriləcək "Sumqayıt" - "Neftçi" oyununun biletləri satışa çıxarılır.

"Gənclik şəhəri" təmsilçisindən verilən məlumata görə, biletləri bu gün saat 15:00-dan etibarən "iticket.az" saytından, həmçinin Sumqayıtda yerləşən 1 saylı "ASAN Xidmət"dən əldə etmək mümkündür.

Matça 3 gün qalmış stadionun yaxınlığında fəaliyyət göstərəcək kassadan da satış həyata keçiriləcək.

Qeyd edək ki, "Sumqayıt" Azərbaycan Premyer Liqasının XXI turunda "Neftçi"ni məhz bu arenada qəbul edəcək. Fevralın 4-də keçiriləcək görüş saat 15:00-da başlayacaq. Qarşılaşmadan bir saat əvvəl konsert proqramı təşkil ediləcək. Bu, Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda yenidənqurmadan sonra ilk oyun olacaq.

loading...
Diaspora