AVRO-2016-nın seçmə mərhələsində daha 3 qrupun oyunlarına yekun vurulub.
Apasport.az saytının məlumatına görə, baş tutan 9 qarşılaşmada final mərhələsinə daha iki vəsiqənin sahibini müəyyənləşdirməklə yanaşı, qrup üçüncüsü olacaq 3 komandanın da adı bəlli olub.
E qrupunun qarşılaşmaları demək olar ki, formal xarakter daşıyıb. İngiltərənin 1-ci, İsveçrənin 2-ci olduğu “altılıq”da Sloveniya da 3-cü pilləni tutub.
C qrupunda İspaniya 1-ci olduğundan Slovakiya ilə Ukrayna digər iki yer üçün qiyabi mübarizə aparıb. Lüksemburqa qalib gələn Slovakiya 2-ci olaraq birbaşa Fransaya, İspaniyaya yenilən Ukrayna isə 3-cü kimi pley-offa vəsiqə qazanıb.
G qrupunda da qalib bəllidi. Avstriyanın ən yaxşı olduğu “altılıq”da Rusiya və İsveç birbaşa vəsiqə üçün mübarizə aparıb. İsveçdən 2 xal öndə olan şimal qonşularımızı Monteneqro ilə ev oyununda qalib gələrək Avropa Çempionatına birbaşa qatılmaq hüququ qazanıblar. İsveç isə daha bir qarşılaşma oynamalı olacaq.