Zidanın hansı komandaya rəhbərlik etmək istədiyi məlum olub

Zidanın hansı komandaya rəhbərlik etmək istədiyi məlum olub backend

"Real Madrid"in sabiq baş məşqçisi Zinəddin Zidanın gələcək karyerası ilə bağlı planları məlum olub.

QAZİLER.AZ  Trend-ə istinadən verdiyi məlumata görə, bu barədə "RMC Sport" nəşri xəbər verib.

Nəşrin məlumatına əsasən, 51 yaşlı mütəxəssis yeni iş yeri kimi yalnız Fransa millisini nəzərdən keçirir və başqa heç bir komandaya rəhbərlik etmək niyyətində deyil. Buna görə də valideynləri və qardaşının israr etməsinə baxmayaraq, Zidan Əlcəzair Futbol Federasiyasının təklifini rədd edib.

Z.Zidan məşqçiliyə qayıtmağa tələsmir. O, Fransa millisinin hazırkı baş məşqçisi Didye Deşam postunu tərk edənə qədər gözləməyə hazırdır. D.Deşamın müqaviləsi 2026-cı ilə qədər nəzərdə tutulub.

 

 

Diaspora