Bundesliqanın 19-cu turunun “Volfsburq” – “Köln” matçında xoşagəlməz hadisə hadisə yaşanıb.
QAZİLER.AZ Publika.az-a istinadən xəbər verir ki, 15-ci dəqiqədə “Köln”ün müdafiəçisi Maks Finqrefenin topa vurduğu zərbə səhvən yan xətt hakimi Torben Sieverin üzünə dəyib. Zərbə o qədər güclü olub ki, laynsman yerə yıxılıb və uzun müddət ayağa qalxa bilməyib.
Həkimlər Sieverə kömək etməyə çalışıblar. İlkin tibbi yardım bir neçə dəqiqə çəkib. Yalnız bundan sonra o ayağa qalxıb. Ancaq oyuna davam edə bilməyib. Əməkdaşların köməyi ilə stadiona tərk edib. Onun xəstəxanaya aparıldığı bildirilir.
Əvəzində ehtiyat hakim Nikolas Vinter laynsman funksiyasını yerinə yetirib. Dördüncü hakimi isə tribunada əyləşən azarkeş əvəz edib.