Ukraynalı boksçu Aleksandr Usik sırğa taxdığı üçün onu ələ salan britaniyalı Tayson Fyuriyə cavab verib.
QAZİLER.AZ Publika.az-a istinadən bildirir ki,daha əvvəl Fyuri “The Gloves Are Off” jurnalına verdiyi müsahibədə istehza ilə demişdi: “Sırğa taxan heç kim məni döyə bilməz”.
“Sırğanı niyə taxdığımı izah edə bilərəm. Bu, Ukrayna döyüşçüsü kazakın simvoludur. Onlar uzun illər ölkəmi düşmənlərdən qoruyan insanlardır. Beləliklə, bu, mənim kazak ailəmin təsdiqidir. Kazaklar isə heç bir döyüşdə məğlub olmadılar. Burada nə gözəllik var, nə dəb”, – deyə Usık cavab verib.
Aleksandr Usik və Tayson Fyuri fevralın 17-də Səudiyyə Ərəbistanında ağır çəkidə mütləq dünya çempionu adı uğrunda döyüşəcək.