Adı açıqlanmayan Səudiyyə klubu “Betis”in yarımmüdafiəçisi İskoya çoxmilyonluq təklif göndərib.
QAZİLER.AZ Publika.az-a istinadən xəbər verir ki, bu barədə As məlumat yayıb.
Mənbənin məlumatına görə, səudiyyəlilər ispan yarımmüdafiəçi ilə maraqlandıqları barədə artıq “Betis” rəhbərliyini xəbərdar ediblər. Qeyd olunur ki, İskonun müqaviləsində göstərilən təzminat məbləği 20 milyon avrodur.
“Betis” də öz növbəsində dekabrın sonunda müqaviləsini cəmi 3 il yarım uzatmış futbolçu ilə ayrılmaq istəmir.
31 yaşlı İsko bu mövsüm “Betis”in heyətində 27 oyun keçirib. O, 6 qol vurub, 5 məhsuldar ötürmə edib. “Betis” İspaniya çempionatının 2023/2024 mövsümünün 21-ci turundan sonra 31 xalla turnir cədvəlinin səkkizinci pilləsində qərarlaşıb