Miri Yusifin bəyənilməyən himninə görə “Neftçi” böyük məbləğ ödədi

Miri Yusifin bəyənilməyən himninə görə “Neftçi”  böyük məbləğ ödədi backend

“Neftçi”nin yeni rəhbərliyi uğursuz nəticələr fonunda komandadan incik düşən azarkeşlərin könlünü almaq üçün himn yazdırmaq qərarına gəlib.

Pressing.az-a daxil olan məlumata görə, ilk olaraq bununla bağlı şou-biznesin içində olan, eyni zamanda prodüser kimi fəaliyyət göstərən “Neftçi”nin Mətbuat Xidmətinin rəhbəri Emin Əfəndiyə müvafiq tapşırıq verilib.

Bu sifariş əsasında paytaxt təmsilçisi üçün yeni himn yazılıb. Lakin ortaya qoyulan iş klub rəhbərliyi tərəfindən bəyənilməyib.

Emin Əfəndi isə məhsul bəyənilməsə belə, ərsəyə gətirilən iş üçün Xalq artistinə ödəniş edilməsinin zəruriliyini rəhbərliyin nəzərinə çatdırıb.

Bundan sonra “Neftçi” 21 480 manat pulu şou-biznes nümayəndəsinin hesabına köçürüb.

Diaspora