“Əl Nəsr”in portuqaliyalı hücumçusu Kriştiano Ronaldo “Rekord” nəşrinə maraqlı açıqlama verib.
QAZILER.AZ Publika.az-a istinaden xəbər verir ki, argentinalı Lionel Messinin FİFA-nın “Qızıl top” və “The Best” mükafatını qazanması haqqında danışıb:
“Mən artıq bu təşkilatların işinə öyrəşmişəm. Düzünü desəm, mükafatlandırma mərasiminə baxmamışam. Hesab edirəm ki, bu mükafatlar (red – “Qızıl top” və “The Best”i nəzərdə tutur) öz etibarını itirir. Bu o demək deyil ki, Messi, Haaland və hətta Mbappe onlara layiq deyil. Amma mən artıq bu mükafatlara inanmıram. Bu, “Globe Soccer Awards” mükafatına bənzəmir. Sadəcə faktlar və rəqəmlər var. Rəqəmlər yalan deyil. Bunu məndən ala bilməzlər, çünki bu, reallıqdır. Məni xoşbəxt edən də elə budur. Çünki rəqəmlər faktdır”.
Ronaldonun özü bu yaxınlarda “Globe Soccer Awards”da Yaxın Şərqdə ilin ən yaxşı oyunçusu, ən yaxşı bombardiri və azarkeşlərin sevimli futbolçusu seçilib. Haaland isə ən yaxşı oyunçu nominasiyasında qalib olub.