Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) klubların yeni dünya reytinqini açıqlayıb.
QAZİLER.AZ Publika.az-a istinadən xəbər verir ki, 702 komandalıq siyahıda Azərbaycanın 3 təmsilçisi var.
Ötən ay 84-cü yerdə qərarlaşan “Qarabağ” 73-cü pilləyə yüksəlib. Ağdam təmsilçisinin hesabında 145,5 xal var.
Son Azərbaycan çempionu Avropada 48-ci, potsovet komandasları arasında isə ən yaxşı göstəriciyə malikdir. Ağdam klubunun ən yaxın izləyiciləri “Şaxtyor” (Ukrayna) və "Şerif"dir (Moldova).
"Qarabağ"dan fərqli olaraq siyahıda olan təmsilçilərimizdən “Neftçi” və “Sabah” geriləyib. “Ağ-qaralar” (53,75 xal) 469-cu, “Sabah” isə (55,5 xal) 436-cı pilləyə enib.
Qeyd edək ki, dünya reytinqinə “Mançester Siti” (359 xal) başçılıq edir. “Real” (332 xal) ikinci, “İnter” (289) isə üçüncü sırada qərarlaşıb.
Heybət