İspaniyalı motosikletçi yarışda aldığı zədələrdən ölüb - FOTO

İspaniyalı motosikletçi yarışda aldığı zədələrdən ölüb - FOTO backend

İspaniyalı yarışçı Karles Falkon Dakar ralli-marafonunda baş verən qəzadan sonra aldığı xəsarətlərdən xəstəxanada dünyasını dəyişib.

Qaziler.az xəbər verir ki, bu barədə “TwinTrail Racing” komandasının mətbuat xidməti feysbukda məlumat yayıb. Həkimlərin dediyinə görə, ürəyin dayanması nəticəsində yaranan nevroloji zədə sağalmaz olub. İdmançının 45 yaşı var idi.

“Bazar ertəsi, yanvarın 15-də Karles bizi tərk etdi. Həkimlər təsdiqləyiblər ki, qəza zamanı ürək dayanması nəticəsində yaranan nevroloji zədələr sağalmaz olub. O, bizi arzusunda olduğu yarışda - Dakarda yarışarkən tərk etdi. O, gördüyü işlərdən zövq alırdı və motosikleti ilə yarışmaqdan xoşbəxt idi. Onu təbəssümü və hər kəsə bəxş etdiyi xoşbəxtliyi ilə xatırlamalıyıq”, - deyə məlumatda qeyd edilib.

Qeyd edək ki, Falcon yanvarın 7-də yarışın ikinci mərhələsində motosikletindən yıxılıb. O, ağır kəllə-beyin travması alıb və dərhal trasda ona ilk yardım edilib. Həkimlər ona komaya səbəb olan beyin ödemi, onurğa sütununun, körpücük sümüyü, qabırğa və bilək nahiyəsinin sınığı diaqnozu qoyublar.

QAZİLER.AZ

Diaspora