Türkiyə futbol klubunun futbolçusundan İsrailə dəstək paylaşımı

Türkiyə futbol klubunun futbolçusundan İsrailə dəstək paylaşımı backend

Superliqa komandalarından “Başakşehir” FK-nın israilli futbolçusu Eden Karzev “100 gün” sözlərindən ibarət paylaşımı sitat gətirib və sosial media hesabında paylaşıb.

Qaziler.az Türkiyə mətbuatına istinadən bildirir ki,İstanbulun  "Başakşehir" klubu futbolçu haqqında istintaq başlatdı.

Sagiv Jehezkeldən sonra "Başakşehir"in israilli futbolçusu Eden Karzev sosial media hesabında paylaşım edib. “Antalyaspor” – “Trabzonspor” matçında qol vurduqdan sonra İsrailin Fələstinə hücumları ilə bağlı ifadələr yazdığı biləyindəki sarğını kameralara göstərən israilli futbolçu saxlanılıb.

Başakşehirdə oynayan Eden Karzev, Jehezkelə bənzər '100 gün' sözlərini ehtiva edən paylaşımdan sitat gətirərək, İsrailin Qəzzaya hücumlarını dəstəkləyərək girovların azad edilməsini tələb edərək sosial media hesabında paylaşıb.

QAZİLER.AZ

Diaspora