Azərbaycanın yunan-Roma güləşçisi reytinq turnirinin çempionu olub

Azərbaycanın yunan-Roma güləşçisi reytinq turnirinin çempionu olub backend

Azərbaycanın daha iki güləşçisi Xorvatiyada keçirilən “Zaqreb Open” turnirində çıxışlarını başa vurub.

QAZİLER.AZ  AZƏRTAC-a istinadən  xəbər verir ki, 77 kiloqram çəki dərəcəsində mübarizə aparan yunan-Roma güləşçisi Sənan Süleymanov finalda macarıstanlı Joltan Levaya 5:0 hesabı ilə qalib gələrək, reytinq turnirinin çempionu olub.

Qadınların mübarizəsində isə Alyona Kolesnik (59 kiloqram) macarıstanlı Nikolet Şaboya 11:8 hesabı ilə məğlub edərək, reytinq turnirində bürünc medal qazanıb.

Qeyd edək ki, Azərbaycan idmançıları reytinq turnirində daha əvvəl üç bürünc medal qazanıblar. Sərbəst güləşçilərdən Əliabbas Rzazadə, Nürəddin Novruzov (hər ikisi 61 kiloqram) və Cəbrayıl Qadjiyev (74 kiloqram) fəxri kürsüyə qalxıblar.

 

 

loading...
Diaspora