Ulduz futbolçu psixiatrik xəstəxanaya yerləşdirilib

Ulduz futbolçu psixiatrik xəstəxanaya yerləşdirilib backend

Fransanın "Paris Sen-Jermen" klubunun və Argentina millisinin sabiq futbolçusu Ezekiel Lavessi narkotik maddə qəbul etdiyinə görə psixi problemlər yaşayır.

Qaziler.az bildirir ki, bu barədə “Marca” argentinalı jurnalistlərə istinadən xəbər verib.

Jurnalist Estefi Berardi bildirib ki, Lavezzi son vaxtlar səslər eşitməyə başlayıb. Keçmiş futbolçu öz təhlükəsizliyinə təhdidlə bağlı bir vəsvəsə də uydurub. Lavessi qayçı ilə özünə xəsarət yetirmək istəsə də, qardaşı müdaxilə edərək, futbolçunu sakitləşdirməyə çalışıb və nəticədə futbolçunun körpücük sümüyü qırılıb.

Digər jurnalist Luis Ventura isə Lavessinin narkotik istifadə etdiyini, nəticədə psixi sağlamlıq mərkəzinə yerləşdirildiyini iddia edir. Həmçinin futbolçunun səhhətinə keçmiş sevgilisi ilə məhkəmə çəkişməsi də təsir edə bilər.

Dekabrda 38 yaşlı idmançı körpücük sümüyünün sınığı diaqnozu ilə xəstəxanaya yerləşdirilmişdi. Onun qarın nahiyəsindən bıçaqlandığı da qeyd olunub. Argentinalının ailə münaqişəsi nəticəsində xəsarət ala biləcəyi güman edilirdi. Futbolçunun yaxınları bıçaq xəsarəti versiyasını təkzib edərək, onun evdə məişət zəminində baş verən insident nəticəsində xəsarət aldığını - o, lampanı dəyişdirərkən pilləkənlərdən yıxıldığı bildirilib.

Lavessi 2012-2016-cı illərdə PSJ-də çıxış edib. Bu müddət ərzində o, komandanın heyətində 100-dən çox oyun keçirib.

QAZİLER.AZ

Diaspora