Çempionlar Liqası tarixində oynamış ən aşağı büdcəli klubların adları məlum olub.
QAZILER.AZ. Publika.az-a istinaden xəbər verir ki, bu barədə “GiveMeSport” portalı siyahı dərc edib.
Siyahı dərc edilərkən klubların tarixi, iqtisadi vəziyyəti, azarkeş bazası, sözügedən komandanın oyunlarına gələn fanat sayı nəzərə alınıb.
Tərtib olunan siyahıda Azərbaycan təmsilçisi “Qarabağ”ın adı yer alıb.
İlk “10-luq” belədir:
1. “Unirya” (Rumıniya)
2. “Şerif” (Moldova)
3. “Astana” (Qazaxıstan)
4. “Qarabağ” (Azərbaycan)
5. BATE (Belarus)
6. “Maribor” (Sloveniya)
7. APOEL (Kipr)
8. “Viktoriya” (Plzen, Çexiya)
9. “Krasnodar” (Rusiya)
10. “Antverpen” (Belçika)
“Qarabağ” 2017/18 mövsümündə UEFA Çempionlar Liqasının qrup mərhələsində iştirak edib. Çelsi” (İngiltərə), “Roma” (İtaliya) və “Atletiko” (İspaniya) ilə eyni qrupda mübarizə aparan Azərbaycan təmsilçisi 2 matçda heç-heçə etməyi bacarıb. (“Qarabağ” – “Atletiko” – 0:0, “Atletiko” – “Qarabağ” – 1:1