“Fənərbaxça” rəsmi internet saytında “Qalatasaray” və Türkiyə Futbol Federasiyasının imzaladığı açıqlamanı yayıb.
QAZİLER.AZ Publika.az-a istinadən xəbər verir ki, bu, Ər-Riyadda (Səudiyyə Ərəbistanı) keçirilməsi planlaşdırılan ölkə Superkuboku matçının ləğv edilməsi ilə bağlıdır.
“Cümhuriyyətimizin və Türkiyə Futbol Federasiyasının 100 illik yubileyini xaricdə qeyd etmək üçün klublarımızla türk futbolunun, klublarımızın marka dəyərinin artırılmasına töhfə verəcək şəkildə iş təşkil etdik.
29 dekabr 2023-cü il, cümə günü baş tutmalı olan Türkiyə Superkuboku matçı təşkilatda bəzi axsamalar səbəbindən klublarımızla birgə qəbul etdiyimiz qərar nəticəsində tarixə təxirə salınıb.
Superkubokun təşkilində bu günə qədər göstərdikləri səylərə görə Futbol Federasiyasına və müvafiq ev sahibi təşkilatlara təşəkkür etmək istərdik”, – deyə məlumatda bildirilir.
Bu bəyanatdan klubların və federasiyanın nə demək istədiyi başa düşülmür. Görünür, onlar pula görə getdikləri Səudiyyədə üzləşdikləri biabırçılıqdan sonra ərəblərin xətrinə dəyməmək üçün belə “izahat” verməli olublar.