Türkiyə Superkubokunun "Qalatasaray" - "Fənərbağça" matçının başlamasına on dəqiqə qalmış ləğv edilib.
Qaziler.az bildirir ki, bu barədə NTVSpor xəbər verir.
Mənbənin sözlərinə görə, matç Səudiyyə Ərəbistanında keçirilməli idi, lakin yerli hakimiyyət komandalara Türkiyənin ilk prezidenti Mustafa Kamal Atatürkün portreti olan köynək geyinməyə icazə verməyib. Bundan əlavə, təşkilatçılar Türkiyə himnini səsləndirməkdən imtina ediblər. Futbolçuların İstanbula qayıtmaq qərarına gəldiyi qeyd edilir.
"Bu axşam yerli vaxtla saat 20:45-də Ər-Riyadda oynanılması planlaşdırılan "Qalatasaray" - "Fənərbaxça" 2023 Turkcell Superkuboku matçı öncəsi yaşanan böhran səbəbindən ləğv edilib.
“Qalatasaray” və “Fənərbaxça”ya Atatürk köynəyi geyməyə və pankart açmağa icazə verilmədikdən sonra komandalar meydana çıxmaqdan imtina ediblər. Tələblər yerinə yetirilməyəndə isə matçın ləğv olunduğu klublara bildirilib.
Səlahiyyətlilər "Əl-Avval" stadionunu boşaltmağa başlayıb", - məlumatda deyilir.
QAZİLER.AZ