Səudiyyə Ərəbistanının "Əl-Nasr" klubunun futbolçusu Kriştiano Ronaldo Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyasının (IFFHS) ilin ən yaxşı futbolçusu reytinqi ilə razılaşmayaraq, “A Bola” portalının sosial şəbəkələrdəki paylaşımına gülüş ifadəsi qoyub.
Qaziler.az “Reuters”ə istinadla bildirir ki, siyahıda birinci yeri İngiltərənin “Mançester Siti” klubundan Erlinq Haaland, ikinci yeri Fransa PSJ-sindən Kilian Mbappe, “İnter Mayami”dən Lionel Messi isə üçlükdə qərarlaşıb.
Ronaldo beşqat “Qızıl top”un sahibidir.
“Əl-Nasr” növbəti matçını dekabrın 30-da “Əl-Taavon”a qarşı keçirəcək. Qarşılaşma Səudiyyə Ərəbistanı çempionatı çərçivəsində baş tutacaq. Bu matç Əl-Nasrın 2023-cü ildəki sonuncu oyunu olacaq.
QAZİLER.AZ