Boks üzrə dünya çempionu əsgər getdi

Boks üzrə dünya çempionu əsgər getdi backend

Qazaxstanlı boksçu, dünya çempionu Sanjar Taşkenbay Qazaxıstan Respublikası Silahlı Qüvvələrində xidmət etməyə gedib.

Bu barədə Qaziler.az Sports.kz-ə istinadən xəbər verir.

Taşkenbay sosial şəbəkədəki səhifəsində and içdiyi hərbi hissədən fotosunu dərc edib və bu şərhi yazıb: “Vətəni sevmək imandandır”.

Bu ilin mayında Daşkənddə keçirilən dünya çempionatında qazaxıstanlı boksçu 48 kiloqram çəki dərəcəsində yarışın qalibi olub.

Qeyd edək ki, 20 yaşlı qazaxıstanlı həm də 2022-ci ildə İordaniyanın paytaxtı Əmmanda keçirilən Asiya çempionatının qalibidir.

QAZİLER.AZ

Diaspora