FİFA prezidenti kimi səlahiyyətləri ləğv edilən Yozef Blatteri kimin əvəzləyəcəyi məlum olub. Apasport.az saytının məlumatına görə, bu barədə qurumun rəsmi saytından xəbər yayılıb.
Belə ki, 90 gün ərzində tamamilə səlahiyyətləri əlindən alınan Blatteri İcraiyyə Komitəsindəki müavini kamerunlu İssa Hayatu əvəz edəcək. O prezidentin vəkili kimi qərarvermə səlahiyyətində olacaq.
Qeyd edək ki, FİFA Etika Komitəsi prezident Yozef Blatteri, baş katib Jerom Valke və UEFA prezidenti Mişel Platinini 90 gün ərzində səlahiyyətlərindən məhrum edib.