“Biz Qurban Qurbanovun qərarlarına etiraz etmirik“ – Tahir Gözəl

“Biz Qurban Qurbanovun qərarlarına etiraz etmirik“ – Tahir Gözəl backend

"Çox sevinirəm ki, futbol tarixində "Qarabağ" - "İnter" matçında hakim səhvi olduğu qeydə alındı. UEFA-da qəbul etdi ki, biz haqlıyıq. Bir tərəfdən hakim cəzalandırıldığı üçün sevinirik, digər tərəfdən də düşünürük ki, haqsızlığa uğramışıq".

Qol.Az-ın məlumatına görə, bu sözləri jurnalistlərlə söhbətində "Qarabağ"ın vitse-prezidenti Tahir Gözəl Azərbaycan Premyer Liqasında "Neftçi" ilə oyun öncəsi UEFA-nın "Qarabağ"in şikayəti ilə bağlı verdiyi qərara münasibət bildirərkən deyib.

"Bundan sonra FİFA-ya da müraciət edə bilərik. Ancaq biz UEFA ilə münasibətləri korlamaq istəmirik" - deyə o bildirib.

T.Gözəlin sözlərinə görə, UEFA-nın verdiyi qərar onu qane etməyib:

"Ən azından tarixdə qeyd alındı ki, "Qarabağ" "İnter"i 1:0 hesabı ilə uddu. Ancaq yenə də UEFA-nın qərarı məni qane etmir. Çünki çox aydın qolu qeydə alınmadı".

T.Gözəl qış transfer pəncərəsində futbolçu almamalarının səbəblərindən də bəhs edib:

"Transferin olmaması Qurban Qurbanovun istəyi idi. O, iki futbolçuya baxdı, amma onların klubları ilə razılaşmadıq. Biz baş məşqçi qərarlarına etiraz etmirik. Qurbanov istədiyi oyunçunu tapa bilmədi".

Xatırladaq ki, UEFA "Qarabağ"ın "İnter"lə oyunun yenidən keçirilməsi və ya qolun qeydə alınması ilə bağlı etirazını rədd edib. Ancaq qurum qarşılaşmanın hakimlərinin cəzalandırılacağını bildirib.
Diaspora