Bu gün Azərbaycan Premyer Liqasında 23-cü turun oyunları keçirilib. Qol.Az-ın məlumatına görə, turun bütün qarşılaşmaları eyni gündə baş tutub.
Günün ilk matçı Bakıda oynanılıb. Paytaxtın iki komandası - “İnter” və AZAL üz-üzə gəlib. “AZAL Arena”da baş tutan oyunda qalib müəyyənləşməyib. Hərəyə bir dəfə fərqlənən komandalar meydanı 1 xalla tərk ediblər - 1:1.Turun mərkəzi qarşılaşması da paytaxtda keçirilib. “Neftçi” doğma meydanda lider “Qarabağ”ı qəbul edib. Qarşılaşma Ağdam klubunun minimal hesabla qələbəsi ilə başa çatıb - 1:0. "Qarabağ"ın qələbə qolunu 89-cu dəqiqədə Reynaldo vurub. Bu qalibiyyətlə Qurban Qurbanovun komandası liderliyi möhkəmləndirib.
Digər oyun Qəbələdə keçirilib. Burada “Xəzər Ləkəran” “Qəbələ”nin qonağı olub. Ardıcıl üç oyunda məğlub olan Roman Qriqorçukun komandasının doğma meydanda “Xəzər Lənkəran”la oyunu maraqla gözlənilirdi. Fasiləyə 0:1 hesabı ilə məğlub yollanan "qırmızı qaralar" ikinci hissədə iki qol vuraraq görüşdən qalib ayrılıb - 2:1.
“Simurq” öz azarkeşləri önündə “Sumqayıt”ı qəbul edib. Bu oyunda qalib müəyyənləşməyib. Zaqatala təmsilçisi "Sumqayıt"la 1:1 bərabərə qalıb.
19 fevral
Topaz Premyer Liqa, 23-cü tur
19:00. “Neftçi” – “Qarabağ” - 0:1
Qol: Reynaldo, 89 (0:1)
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Mehman Mahmudov, Vaqif Musayev
“Bakcell Arena”
15:00. AZAL – “İnter” - 1:1
Qollar: Freddi Mombonqo, 1 (1:0), Junior Nildo, 18 (1:1)
Hakimlər: Fariz Yusifov, Elman Musayev, Elşən Acalov, Nahid Əliyev
“AZAL Arena”
17:00. “Qəbələ” – “Xəzər Lənkəran” - 3:1
Qollar: Sadio Tounkara, 34 (0:1), Ekiqo Ehiosun, 48 (1:1), Ruslan Abışov, 77 (2:1), Ürfan Abbasov, 90+3 (3:1)
Hakimlər: Rəhim Həsənov, Munis Abdullayev, İsgəndər Əliyev, Ömər Paşayev
Qəbələ şəhər stadionu
17:00. “Simurq” – “Sumqayıt” - 1:1
Qollar: Məhəmməd Qurbanov, 38 (0:1), Draqan Çeran, 46+1 (1:1)
Hakimlər: Orxan Məmmədov, Mübariz Haşımov, Kamran Bayramov, Xəlil Xəlilov
Zaqatala şəhər stadionu