Turin “Yuventus”u “Şaxtyor”un və Ukrayna millisinin yarımmüdafiəçisi Georgi Sudakovni almağa tələsir.
QAZİLER.AZ Publika.az-a istinadla xəbər verir ki, “Yuventus”un rəhbərlərinin ideyası qışda bəzi oyunçuları satıb pul əldəetməkdir. “Calciomercato”nun məlumatına görə, İtaliya klubu “Tottenhem” və “Marsel”in iddia etdiyi 20 yaşlı ingilis vinger Samuel Ealing-Junioru qışda satmağı planlaşdırır. Onun transfer dəyəri 25-30 milyon avro qiymətləndirilir.
“Yuventus” ingilisin satışından əldə olunan gəliri Georgi Sudakovun alınmasına xərcləməyi planlaşdırır.
21 yaşlı Sudakov bu mövsüm “Şaxtyor”un heyətində 17 oyun keçirib, 3 qol vurub və 1 məhsuldar ötürmə edib. Daha əvvəl onun oyununu “Yuventus”un idman direktorunin şəxsən izlədiyi bildirilirdi.