İspaniyalı məşqçi Xosep Qvardiola gələn ilin yay aylarında İngiltərənin “Mançester Siti” komandasına başçılıq etməyə razılıq verib.
AZƏRTAC Vesti.ru saytına istinadla xəbər verir ki, Qvardiolanın “Bavariya” klubu ilə müqaviləsi 2016-cı ilin may ayında bitir və bundan sonra o, Münheni tərk edərək Mançesterə yollanacaq.
Qeyd edək ki, “Mançester Siti” bu mövsümə uğurla başlayıb və hazırda İngiltərə premyer liqasına başçılıq edir. Buna baxmayaraq, klub rəhbərliyi uzunmüddətli perspektivdə Qvardiolanın hazırda komandaya başçılıq edən Manuel Pelleqrinidən daha çox xeyir verə biləcəyi fikrindədir.