"Real" yarımmüdafiəçisi Luka Modriçlə bağlı qərar verib.
QAZİLER.AZ Publika.az-a istinadən xəbər verir ki, xorvariyalı futbolçu 2023/2024 mövsümünün sonunda İspaniya komandasını tərk edəcək.
"Sport" nəşrinin məlumatına görə, futbolçunun müqaviləsi başa çatır və Madrid klubunun rəhbərliyi ona yeni müqavilə təklif etməmək qərarına gəlib.
Modriç 2012-ci ildən "Los Blankos"da çıxış edir. Bu mövsüm yarımmüdafiəçi "Real"ın heyətində bütün turnirlərdə 18 oyun keçirib və 2 məhsuldar ötürmə edib.