FIFA-nın baş katibi də vəzifəsindən kənarlaşdırıldı

FIFA-nın baş katibi də vəzifəsindən kənarlaşdırıldı backend

FIFA-nın baş katibi Jerom Valke 90 gün ərzində istənilən futbol fəaliyyətindən uzaqlaşdırılıb.



Trend-in məlumatına görə, bu barədə FIFA-nın Etika komitəsinin arbitraj palatasının qərarında deyilir.

J.Valkenin cəza müddəti 45 gündən artıq olmayaraq artırıla bilər. O bu müddət ərzində futbol fəaliyyəti ilə nə milli, nə də beynəlxalq səviyyədə məşğul ola bilər.

Qərar dərhal qüvvəyə minir.

Qeyd edək ki, FIFA bu gün təşkilatın rəhbəri Yozef Blatteri və FIFA-nın İcraiyyə Komitəsinin üzvü, UEFA prezidenti Mişel Platinini də 90 gün ərzində postlarından uzaqlaşdırıb.
Diaspora