UEFA İntizam Komitəsi azarkeşlərin irqçi davranışına görə Ukrayna Futbol Assosiasiyasını tribunaları qismən bağlamaqla cəzalandırıb və onu 20 min avro cərimələyib.
Qaziler.az xəbər verir ki, bu barədə “RİA Novosti” yazıb.
Agentliyin məlumatına görə, Ukrayna Futbol Assosiasiyasına qarşı sanksiyalar 2024-cü il Avropa çempionatının seçmə mərhələsi çərçivəsində Ukrayna və İtaliya milli komandaları arasında keçirilən oyunun nəticələrinə görə tətbiq edilib.
Qeyd olunur ki, UEFA rəsmiləri Ukrayna millisinin ev sahibi qismində çıxış edəcəyi oyun zamanı assosiasiyaya stadionda ən azı 5 min oturacağı bağlamağı əmr edib.
QAZİLER.AZ