Budapeştdə (Macarıstan) birinci divizionda keçirilən gənclər arasında xokkey üzrə dünya çempionatında maraqlı hadisə baş verib.
Qaziler.az Vesti.kz-ə istinadən xəbər verir ki, təşkilatçılar Qazaxıstanın himnini daxil etməyiblər.
İkinci dövrədə Qazaxıstan gəncləri geri dönüş edərək Danimarka üzərində qələbə qazanıb (3:2).
Lakin arenada baş tutan oyundan sonra təşkilatçılar Qazaxıstanın himnini səsləndirməyiblər və xokkeyçilər vəziyyətdən çıxış yolunu bunu özləri ifa etməklə tapıblar.
QAZİLER.AZ