Tennisçi Şarapova atasının sərt xarakterindən danışıb

Tennisçi Şarapova atasının sərt xarakterindən danışıb backend

Rusiyalı tennisçi Mariya Şarapova atasının sərt, lakin ədalətli olduğunu deyib.

Qaziler.az bildirir ki, bu barədə “Sportskeeda” xəbər verib.

“Atamın idmana böyük təsiri olub. O məni itələdi, sərt idi, lakin ədalətli idi. Anam isə mənim təhsilimlə məşğul olurdu. İmkan düşdükcə məni baletə aparırdı. Hətta Floridada olsaq belə...”, - Şarapova bildirib.

Şarapova qeyd edib ki, onun reytinqdəki yeri heç anasının vecinə də olmayıb və o, mənə tennis topuna vurulan zərbədən daha çox şey öyrədib.

"O, mənim hər şeyə maraq göstərməyimi və həmişə təvazökar olmağımı istəyib", - tennisçi əlavə edib.

Qeyd edək ki, dünyaca tanınmış tennisçi Şarapova 2020-ci ilin fevralında peşəkar karyerasını bitirdiyini rəsmən elan edib. Tennisçi beş dəfə Böyük Dəbilqə turnirlərinin qalibi olub.

QAZİLER.AZ

Diaspora