Qazaxıstanın qadınlardan ibarət futbol yığması UEFA Millətlər Liqasında sonuncu, altıncı oyununu keçirib.
Qaziler.az Sports.kz-ya istinadən xəbər verir ki, Qazaxıstan futbolçuları “Astana Arena”da Ermənistan millisi ilə qarşılaşıb. Oyunun 40-cı dəqiqəsində meydan sahiblərinin müdafiəçisi və komandanın kapitanı Yuliya Myasnikova hesabı açıb. 8 dəqiqə sonra yarımmüdafiəçi Aida Qaystenova qazaxıstanlıların fərqini dubl edib. 58-ci dəqiqədə Myasnikova hesabı 3:0-a çatdırıb. Erməni futbolçular ilk və son qolu 68-ci dəqiqədə vurublar. Klaudiya Çolakyanın cərimə zərbəsindən vurduğu top dirəyə dəyib, qazaxıstanlı qapıçı Anjelina Portnovanın kürəyindən qapıya keçməsinə nail olub. Ancaq cəmi üç dəqiqə sonra Kamilə Kulmaqambetovanın səyi ilə Qazaxıstan komandası dördüncü qolu vurub. Nəticə 4:1 Qazaxıstan komandasının xeyrinə olub.
Altı oyundan sonra Madiyar Kəmbilovun komandası səkkiz xalı var və C4 qrupunda turniri üçüncü yerdə başa vurub. İsrail və Estoniya komandaları müvafiq olaraq 16 və 10 xalla Qazaxıstan komandasını qabaqlayırlar.
QAZİLER.AZ