Qərar verildi: Noyer Avropa çempionatında…

Qərar verildi: Noyer Avropa çempionatında… backend

Almaniya millisinin məşqçilər korpusu Avro-2024-də Almaniya millisinin əsas qapıçısı kimi “Bayer”in qapıçısı Manuel Noyeri görür.

QAZİLER.AZ  Publika.az-a istinadən xəbər verir ki, bu barədə “Bild” məlumat yayıb.

Mənbənin sözlərinə görə, Noyerin uzun müddətli ciddi zədədən yeni sağalmasına baxmayaraq, Yulian Naqelsmanın məşqçilər korpusu hələ də 37 yaşlı qolkiperi millinin bir nömrəli hesab edir. “Barselona”nın qapıçısı Marc-Andre ter Ştegenə isə elə də güvənmirlər.

Xatırladaq ki, Noyer daha əvvəl Almaniya millisindəki karyerasını bitirmək fikrində olmadığını açıqlamışdı.

Təcrübəli qapıçı 10 ay yaşıl meydanlardan uzaq qaldıqdan sonra bu mövsüm bütün turnirlərdə 7 matçda iştirak edib. Onlardan dördündə qapısını toxunulmaz saxlayıb.

 

 

Diaspora