Futbolçumuz Albaniya çempionatında qol sevinci yaşadı

Futbolçumuz Albaniya çempionatında qol sevinci yaşadı backend

Azərbaycanlı futbolçu Vüsal İsgəndərlinin formasını geyindiyi “Eqnatiya” Albaniya çempionatında növbəti oyununa çıxıb.

QAZİLER.AZ  Publika.az-a istinadən xəbər verir ki, sözügedən komanda 15-ci tur çərçivəsində evdə “Vlajniya” ilə qarşılaşıb.

Futbolçumuzun komandası bu oyundan 3:0 hesablı qələbə ilə ayrılıb.

İsgəndərli bu matça start heyətdə başlayıb və 74-cü dəqiqədə əvəzlənib. Komandasının ikinci qolunda məhsuldar ötürmə müəllifi olan Vüsal 41-ci dəqiqədə özü də fərqlənib. Bu, onun Albaniya çempionatında 5-ci qoludur.

“Eqnatiya” hazırda 33 xalla 1-ci pillədə qərarlaşıb.

 

 

Diaspora