Azərbaycan Premyer Liqasında XV turun oyunlarına start verilir

Azərbaycan Premyer Liqasında XV turun oyunlarına start verilir backend

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XV tura start veriləcək.

QAZİLER.AX  Publika.az-a istinadən  xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma keçiriləcək.

"Araz-Naxçıvan" "Səbail"lə üz-üzə gələcək. Görüş saat 16:00-da start götürəcək. Paytaxt klubu 22 xalla 4-cü, Naxçıvan təmsilçisi 21 xalla 5-ci pillədə qərarlaşıb.

İkinci matçda "Sumqayıt" "Turan Tovuz"un qonağı olacaq. Bu oyun saat 18:30-da başlanacaq. "Gənclik şəhəri" təmsilçisi 22 xalla 3-cü, meydan sahibləri 15 xalla 8-ci yerdədir.

Azərbaycan Premyer Liqası

XV tur

16:00. “Araz-Naxçıvan” – “Səbail”

Hakimlər: Rəvan Həmzəzadə, Elşad Abdullayev, Rəhman İmami, Kamran Əliyev

Hakim-inspektor: İmanxan Sultani

AFFA nümayəndəsi: Namiq Əliyev

“Dalğa Arena”

18:30 “Turan Tovuz” – “Sumqayıt”

Hakimlər: Elçin Məsiyev, Pərvin Talıbov, Asiman Əzizli, Emin Əliyev

Hakim-inspektor: Munis Abdullayev

AFFA nümayəndəsi: Yavər Rəhimov

Tovuz şəhər stadionu

Qeyd edək ki, turun digər matçları 3-4 dekabrda olacaq.

 

 

Diaspora