Bu gün Azərbaycan kubokunun 2015/16 mövsümünün püşkü atılıb. Apasport.az saytının məlumatına görə, tədbir AFFA-nın inzibati binasında baş tutan tədbirdə yarışın 19 iştirakçısının rəqibləri bəlli olub.
Bu komandalardan 10-u Topaz Premyer Liqasını, 9-u I divizionu təmsil edir. Sonuncuların mübarizəsində çıxış edən 5 komanda isə yarışa qatılmağı lazım bilməyib.
Püşkün nəticələrinə görə I divizionda çıxış edən 6 klub 1/16 finalın 3 cütünü təşkil edib. Aşağı dəstənin daha 3 komandası və 10 Premyer Liqa təmsilçisi isə mübarizəyə 1/8 finaldan başlayacaq.
1/16 final
14 oktyabr
1. MOİK - “Turan Tovuz”
2. “Şahdağ” - “Şəmkir”
3. “Şərurspor” - “Qaradağ Lökbatan”
1/8 final
2 dekabr
4. “Rəvan” - “Bakı”
5. 1-ci cütün qalibi - “İnter”
6. “Qarabağ” – 2-ci cütün qalibi
7. “Neftçala” - “Sumqayıt” -
8. “Xəzər Lənkəran” - “Kəpəz”
9. “Neftçi” – 3-cü cütün qalibi
10. AZAL - “Zirə”
11. “Qəbələ” - “Mil Muğan”
1/4 final
2 mart – 9 mart
12. 4-cü cütün qalibi – 5-ci cütün qalibi
13. 6-cı cütün qalibi – 7-ci cütün qalibi
14. 8-ci cütün qalibi – 9-cu cütün qalibi
15. 10-cu cütün qalibi – 11-ci cütün qalibi
1/2 final
27 aprel – 4 may
16. 12-ci cütün qalibi – 13-cü cütün qalibi
17. 14-cü cütün qalibi – 15-ci cütün qalibi
Final
25 may
18. 16-cı cütün qalibi – 17-ci cütün qalibi