“FourFourTwo” nəşri 21-ci əsrin ən yaxşı 100 futbolçusunu dərc edib.
Qaziler.az “Gazeta.ru”ya istinadla xəbər verir ki, reytinqdə birinci yeri “Barselona”nın və “Paris Sen-Jermen”in keçmiş futbolçusu, hazırda isə MLS-in “İnter Mayami” klubunun hücumçusu Lionel Messi tutub.
İkinci pillədə Səudiyyə Ərəbistanının "Əl-Nasr" klubunun hücumçusu Kriştiano Ronaldo qərarlaşıb.
Əsrin ən yaxşı üçüncü futbolçusu “Barselona”da çıxış edən Andres İnyesta olub. İspaniyalı hazırda BƏƏ-nin “Emirates” klubunda çıxış edir.
Reytinqdə dördüncü yerdə "Barselona"nın keçmiş futbolçusu, hazırda isə kataloniyalıların baş məşqçisi Xavi qərarlaşıb. Braziliyalı Ronaldinyo beşinci yeri tutub. Zinəddin Zidan 6-cı, Tierry Henry yeddinci yerdədir. “Bavariya”nın hazırkı qapıçısı Manuel Noyer səkkizinci yeri tutub. Kaka və Luis Suares doqquzuncu və onuncu olublar.
QAZİLER.AZ