Qurban Qurbanov filminin təqdimatında göz yaşlarını saxlaya bilmədi - VİDEO

Qurban Qurbanov filminin təqdimatında göz yaşlarını saxlaya bilmədi - VİDEO backend

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov ona həsr edilən “Stadionlar səssiz olanda” filmi haqqında fikir bildirib.

“Qafqazinfo” xəbər verir ki, filmin təqdimatından sonra təcrübəli məşqçi karyerasında böyük rolu olan qardaşı barədə danışıb.

O, filmdə də haqqında çox bəhs edilən qardaşı Musa Qurbanovdan danışarkən göz yaşlarını saxlaya bilməyib.

 

*****

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanova həsr edilmiş filmin təqdimat mərasimi keçirilib.

"Report"un məlumatına görə, “Stadionlar səssiz olanda” adlı idman əsərinin premyerası Nizami Kino Mərkəzində baş tutub.

Filmdə 51 yaşlı mütəxəssisin XX əsrin 80-ci illərindən başlayaraq həyatı, futbolçu karyerası və Ağdam klubu ilə Çempionlar Liqasının qrup mərhələsinə yüksəlməsinə qədər məşqçilik fəaliyyəti əks olunub.

Filmin nümayişindən sonra çıxış edən səbəbkar bütün yaradıcı heyətə minnətdarlığını bildirib.

Qeyd edək ki, Gənclər və İdman Nazirliyinin dəstəyi ilə ərsəyə gələn film noyabrın 30-dan etibarən bütün kinoteatrlarda nümayiş etdiriləcək.

Diaspora