Bir vaxtlar "Porto" və "Sevilya"da oynamış braziliyalı hücumçu Luis Fabiano Premyer Liqanın bombardiri Erlinq Haalandı tənqid edib.
QAZİLER.AZ Publika.az-a istinadən xəbər verir ki, Fabiano bu barədə “Planeta do Futebol” nəşrinə açıqlamasında danışıb.
“Əgər Haalandın oynadığı komandada olsaydım, mən onun bütün rekordlarını qırardım. Bu komanda və onun malik olduğu imkanlarla bunu etmək asandır. Mən də komanda yoldaşlarımın sayəsində qol vurdum, həm də qapı qarşısında bacarığım da var idi.
Haalandın 30 qol şansı olur, amma onlardan üçünü qola çevirir. 30 şansım olsaydı, 10 və ya 20 qol vurardım. Bütün fərq budur”, - Fabiano deyib.
Luis Fabiano karyerası boyu “Ponte Preto”, “Renn”, “San Paulo”, “Porto”, “Sevilya”, “Vaska da Qama” kimi komandalarında çıxış edib. Avropadakı ən uğurlu mövsümündə Fabiano “Sevilya”nın heyətində 31 qol vurub.