Qətərin paytaxtı Dohada boks üzrə dünya çempionatı davam edir. AZƏRTAC xəbər verir ki, daha bir boksçumuz dünya çempionatına qələbə ilə başlayıb. Mundialın debütantı - 49 kiloqram çəki dərəcəsində mübarizə aparan Rüfət Hüseynov mərakeşli İmad Ahyounu məğlub edib. R.Hüseynov növbəti mərhələdə özbəkistanlı Hasanbay Dusmatovla üz-üzə gələcək.
Boksçularımızdan ilk olaraq rinqə çıxan Lorenzo Sotomayor (64 kq) kanadalı Artur Biyarslanova qalib gələrək səkkizdəbir final mərhələsinə vəsiqə qazanmışdı. Təmsilçimizin növbəti rəqibi əlcəzairli Abdelkader Çader olacaq.
Çempionatda ölkəmizi təmsil edən digər boksçular Elvin Məmişzadə, Tayfur Əliyev, Albert Səlimov, Pərviz Bağırov, Teymur Məmmədov və Abdulqadir Abdullayevdir.