"UFC populyarlığını itirib" - Kamil Hacıyev

"UFC populyarlığını itirib" - Kamil Hacıyev backend

“AMC Fight Nights” liqasının rəhbəri Kamil Hacıyev UFC-nin tənəzzülündən danışıb.

Qaziler.az “Rambler.ru”ya istinadla bildirir ki, bunu Hacıyev “Vestnik MMA” “YouTube” kanalına müsahibəsində deyib. Rus funksionerin sözlərinə görə, son beş ildə dünyada ən yaxşı MMA promosyonu daha az populyarlaşıb.

“İndiki UFC beş il əvvəlki UFC-dən nə ilə fərqlənir? Heç nə ilə... Daha da pisləşdi. Mənə elə gəlir ki, Konor Makqreqor və Həbib Nurməhəmmədov olanda geniş ictimaiyyət üçün hər şey daha maraqlı idi. İndi UFC sadəcə çox böyükdür, çox tanınır, lakin o qədər də populyar deyil”, - Hacıyev deyib.

Xatırladaq ki, növbəti UFC turniri dekabrın 3-nə keçən gecə Ostində (ABŞ) baş tutacaq. Döyüş yüngül çəki dərəcəsində rusiyalı Arman Tsarukyan və amerikalı Beneil Dariuş arasında baş tutacaq.

QAZİLER.AZ

Diaspora